90 nəfər daşqının qurbanı olub

23 Dekabr 2017 14:38 (UTC+04:00)

Filippində baş verən sel və daşqınlar, təxminən 90 nəfərin ölümü ilə nəticələnib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daşqınlara və sürüşmələrə səbəb olan fırtınadan 270 mindən çox insan əziyyət çəkib.

Ölkə ərazisində 44 min nəfərə sığınacaq ola biləcək 608 evakuasiya mərkəzi açılıb. Əlverişsiz hava şəraiti ən çox Filippinin Biliran vilayətinə zərər vurub.