170-ə yaxın reys təxirə salınıb

18 Dekabr 2017 15:52 (UTC+04:00)

Almaniyanın Frankfurt beynəlxalq hava limanında güclü qar yağması ilə əlaqədar 170-ə yaxın reys təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hava limanına daixl olan reyslər digər şəhərlərə yönləndirilib.

Qeyd olunur ki, Frankfurtdan Berlin, Hamburq, Münhen, Vyana, Budapeşt, Praqa və digər şəhərlər uçuşlar təxirə salınıb.

Hazırda Aeroport işçiləri iki uçuş-eniş zolğaında qarın təmizlənməsi işlərini həyata keçirilər. Uçuşların günorta saatlarınadək bərpa olunacağı gözlənilir.