Filippində qasırğa qurbanlarının sayı artıb

18 Dekabr 2017 14:34 (UTC+04:00)

Filippində tüğyan edən güclü qasırğalar torpaq sürüşmələri ilə nəticələnib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 24 nəfər itkin düşmüş sayılır.

Məlumata görə, Biliran adasının infrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib.