"Yeni iqtisadi model inkişafa öz töhfəsini verəcək" AÇIQLAMA

18 Dekabr 2017 14:30 (UTC+04:00)

"2017-ci il Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən qeyri-neft sektorunun inkişafı sürətlə həyata keçirilib. Belə ki, ölkəmizdə aparılan şaxələnmiş iqtisadiyyat artıq öz böyük töhfəsini verib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı və sənayedə həyata keçirilən layihələr bu sahələrin inkişafına sürətləndirərək, iş qabiliyyəti olan insanların məşğulluğunu aradan qaldıracaq, əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək: "Azərbaycanda yeni inkişaf modeli iqtisadiyyatın inkişafına müasir texnologiyaların tətbiqi ilə nail olmaq, məhsul idxalından məhsul ixracına keçmək iqtisadiyyatın şaxələnməsini həyata keçirilməsinə xidmət edir. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Qeyri-neft sektorunun yüksək inkişafı, ixrac və rəqabət imkanlarının genişləndirilməsi iqtisadiyyatının şaxələndirilməsini əsas tələb kimi ortaya qoyur. Bunun nəticəsində iqtisadiyyatımız dünya iqtisadiyyatına inteqrasiya edir. İqtisadiyyatın sənaye və ticarət sahəsində son vaxtlar aparılan islahatlar, həyata keçirilən layihələr xaricdə ticarət evlərinin yaradılmasının vacibliyini ortaya qoydu və Azərbaycan öz brendini yaratdı. Bütün bunlar bir daha göstərir ki, yeni iqtisadi inkişaf modeli ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Təsadüfi deyil ki, bir neçə gün bundan qabaq cənab Prezidentin sərəncamı ilə bir neçə ölkə səfirliklərində ticarət nümayəndəsi təyin edildi. Bu onu göstərir ki, Azərbaycan dünya ölkələri arasında ticarət əlaqələrini genişləndirir, daha çox mal ixracına diqqət yetirir və Azərbaycan brendi təqdim edir.

Yeni şəraitdə qeyri-neft iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi aqrar sektora böyük diqqət yetirilir. Son zamanlar aqrar sahədə perespektivli layihələr həyata keçirilir. Aqroparklar salınır, heyvandarlıq məhsullarının artmasına nail olunur ki, bu da əhalinin ərzaq təminatına böyük töhfədir. Ölkəmizdə yeni yaradılan heydandarlıq kompleksleri pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, bağçılıq sahələri sürətlə inkişaf edərək yüksək keyfiyyətli dünya standartlarına uyğun məhsul istehsal olunur və ixrac edilir. Yeni yaradılan aqroparklar, sənaye məhəllələri digər istehsal sahələri əhalinin məşğulluğunu aradan qaldırılmasına xidmət göstərir. Məşğulluq haqqında qəbul olunmuş qanunlar işsizliyin aradan qaldırılmasına hesablanıb. Qeyri neft sektorunun iqtisadiyyatının göstərdiyi güzəştlər bu sahələrin inkişafına təkan verən başlıca amillərdən biridir. Dövlət tərəfindən aqrar sahəyə tətbiq edilən güzəştlər nəticəsində torpaq mülkiyyətçiləri yenidən torpağa qayıtdı, və məhsul bolluğunun yaradılmasını təmin etdi.

Ölkəmizdə aparılan iqtisadi islahatlar həyata keçirilən layihələr iqtisadi aktivliyi artırmaqla biznes mühitinin formalaşdırır və şəffaflığı artırır. İqtisadiyyatın inkişafında idarəetmənin təkmilləşdirilməsinin mühüm əhəmiyyəti var. Bütün sahələrdə olduğu kimi iqtisadiyyatın inkişafında da elmin, mütəxəssislərin cəlb olunması vacib amillərdən biridir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də şəffaflıq təmin olunur. İqtisadiyyatın inkişafını daha da sürətləndirmək məqsədilə yol xəritəsi qəbul olundu və burada nəzərdə tutulan layihələr uğurla həyata keçirilir. Cənab Prezident tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası milli iqtisadiyyat üzrə strateji yol xəritəsində əlverişli biznes mühitinin yaradılması hökümətin aparıcı rolunun daha da gücləndirməkdən ibarətdir. Qəbul olunmuş standartlar ölkənin keyfiyyət və infrastrukturunun daha da təkmilləşdirilməsini beynəlxalq təcrübəyə əsaslanaraq inkişafına nail olmağa xidmət göstərir".