Qubada bankomatı qarət etmək istəyərkən şəxs cinayət başında tutuldu

18 Dekabr 2017 13:01 (UTC+04:00)

Qubada bankomatı qarət etmək istəyən şəxs tutulub. SİA-nın məlumata görə, hadisə Quba rayon avtovağzalı ərazisində qeydə alınıb.

Banklardan birinin köşkündə quraşdırılmış bankomatı qarət etmək istəyən Asim Cabbarov cinayət başında tutulub. Ondan bıçaq, dəmir ling, qara maska və əlcək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.