“Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” YENİLƏNİR

18 Dekabr 2017 12:29 (UTC+04:00)

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans işə başlayıb.

SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, Milli Məclisin deputatları, elm və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərindən danışıb.

Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdə dini zəmində tolerantlığın olduğunu deyib, bu faktın beynəlxalq iqtisadi layihələrə də müsbət təsir göstərdiyini bildirib.

Milli Məclisin ictimai birliklər və dini durumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirib, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir hazırda davam edir.