Elmira Süleymanova: "Azərbaycana gələn miqrantların sayı artır"

18 Dekabr 2017 11:53 (UTC+04:00)

"Azərbaycan dünyada cəlbedici ölkə olub və ona görə də ölkəmizə gələn miqrantların sayı artır".

SİA-nın məlumatına görə, bu sözləri Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

E.Süleymanova bildirib ki, Azərbaycanda miqrantlar üçün bütün şərait yaradılır: "Azərbaycan miqrantların hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlarla birgə işlər görür".

E.Süleymanova qeyd edib ki, heç bir miqrant Azərbaycanda zorakılığa məruz qalmır, onlara ölkədə qanunvericiliyə uyğun olaraq bütün şərait yaradılır.