600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib

18 Dekabr 2017 11:38 (UTC+04:00)

Bu gün Azərbaycan bütün miqrantların hüquqlarının qorunması istiqamətində lazımi tədbirləri görür.

SİA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

P.Musayev bildirib ki, bu ilin 11 ayı ərzində Azərbaycana gələn əcnəbilərin 38 minindən çoxuna müvəqqəti yaşama icazəsi, təqribən 3 mininə isə daimi yaşayış icazəsi verilib. 573 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib.

Rəis müqavini əlavə edib ki, qeyd olunan müddət ərzində 10 min nəfərdən artıq əcnəbinin könüllü olaraq öz ölkəsinə qayıtması təmin edilib. Müraciət edən 8 xarici vətəndaşa isə qaçqın statusu verilib.