Dilarə Kazımovadan fərqli layihə FOTOLAR+VİDEO

18 Dekabr 2017 11:06 (UTC+04:00)

Artıq bir neçə ildir ölkədə inkişaf edən film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq.

SİA-nın məlumatına görə, "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək. Uzun müddətdir anonsları yayımlanan kinonun soundtracki isə 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub.

Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifasının adı “Dəm”-dir. Qədim meyxana janrında olan “Dəm” mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib. “Dəm”-in aranjemanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur.

Qeyd edək ki, mahnının klipi də artıq hazırdır və yaxın günlərdə təqdim ediləcək. Klipin rejissoru Elrəng, operatoru isə Rauf Qurbanəliyevdir.