Qəddafinin oğlu prezident seçkilərinə qatılacaq

18 Dekabr 2017 09:14 (UTC+04:00)

Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Egypt Today" nəşrinə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.

"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə Basem əl-Həşimi əl-Sül bildirib.