Qırğızıstanda dəhşətli yol qəzası: 7 nəfər ölüb

18 Dekabr 2017 05:39 (UTC+04:00)

Dekabrın 17-də axşam saatlarında Qırğızıstanın Cəlalabad vilayətinin ərazisində, Bişkek-Oş magistral yolunun 299-cu kilometrində iki avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə “Hyundai Getz” markalı avtomobilin əks yola çıxması səbəb olub. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.