“Barselona”nın prezidenti Qrizmannın ailə üzvləri ilə görüşüb

18 Dekabr 2017 01:03 (UTC+04:00)

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu “Atletiko”nun hücumçusu Antuan Qrizmannın ailə üzvləri ilə görüşüb. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşdə futbolunun yayda Kataloniya klubuna keçidi məsələsi müzakirə olunub. Barselonadakı restoranlardan birində keçirilən görüşdə Qrizmannın bacısı və meneceri, eləcə də valideynləri iştirak edib.

Qeyd edək ki, əgər “Barselona” yayda 26 yaşlı futbolçunu alsa, buna görə “Atletiko”ya 100 milyon avro təzminat ödəyəcək.