Venger açıqladı: “Özil müqaviləni uzadacaq”

17 Dekabr 2017 23:18 (UTC+04:00)

“Arsenal”ın baş məşqçisi Arsen Venger Məsut Özilin komandasında qalacağını açıqlayıb. Goal.com-un yaydığı məlumata görə, o əmin olduğunu bildirib ki, türk əsilli futbolçu hazırkı klubu ilə müqavilənin müddətini uzadacaq.

Qeyd edək ki, bir müddət əvvəl Özilin qışda “Barselona” və ya “Mançeser Yuneyted”ə keçəcəyi xəbəri yayılıb.