Yaxtaçı Yer kürəsini dövr etdi

17 Dekabr 2017 16:18 (UTC+04:00)

Fransalı Fransua Qabar yaxta ilə 42 gün 16 saat 40 dəqiqə və 35 saniyəyə Yer kürəsinə dövrə vuraraq dünya rekorduna imza atıb.

Bildirilir ki, Qabar səyahətini dekabrın 17-də Fransanın Uessan adasında başa vurub.

Əvvəlki rekord Tomas Kovillə məxsusdur. O, su yolu vasitəsi ilə Yer kürəsini 49 gün 3 saat ərzində dövr edib.