Dağıstanda antiterror əməliyyat rejimi tətbiq edilib

17 Dekabr 2017 05:22 (UTC+04:00)

Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib, silahlıların və onların tərəfdarlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. “RİA Novosti”nin verdiyi xəbərə görə, antiterror əməliyyat rejimi Qarabudağkənd rayonu Qubden kəndinin inzibati sərhədləri çərçivəsində tətbiq edilib.

Qərar Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən yerli vaxtla 15.45-də tətbiq edilib. Məlumata görə, yaşayış məntəqəsində ünvanlı yoxlamalar keçirilir.