Gəncədə 14 yaşlı oğlan qaz sızmasından xəsarət alıb

17 Dekabr 2017 04:18 (UTC+04:00)

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə dünən şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.