Türkiyədə 8 PKK-çı məhv edilib

17 Dekabr 2017 01:09 (UTC+04:00)

Türkiyənin Tunceli şəhərində keçirilən hərbi əməliyyatlar zamanı 8 terrorçu məhv edilib. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, öldürülən terrorçuların PKK-nın rəhbərliyində təmsil olunduqları qeyd edilib. Hərbi əməliyyatlar nəticəsində 5 ədəd Kalaşnikov, 3 ədəd M-16 və bir neçə silah-sursat aşkarlanıb.