Payızlıq əkinləri üçün 1034,5 min hektar sahədə şum qaldırılıb

16 Dekabr 2017 23:05 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında təmiz herik şumu daxil olmaqla payızlıq əkinləri üçün 1034,5 min hektar sahədə şum qaldırılıb.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, gələn ilin məhsulu üçün 864,6 min hektar sahəyə dən üçün payızlıqlar, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib.