Paytaxtda naməlum kişi meyiti aşkarlanıb

16 Dekabr 2017 13:34 (UTC+04:00)

Dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin kişinin boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qaradır. Əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermə bilərlər.