Bakıda avtomobil ana və oğlunu vurub, 8 yaşlı uşaq ölüb

16 Dekabr 2017 16:28 (UTC+04:00)

Bakıda ana və azyaşlı oğlunu maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.