Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

16 Dekabr 2017 16:38 (UTC+04:00)

Dekabrın 16-da iri “Faeton” (3200) asteroidi Yer kürəsinə yaxınlaşacaq.

Diametri 4,8 kilometr olan səma cismi planetimizdən on milyon kilometr məsafədə keçəcək, bu da Yerlə Ayın arasında olan məsafədən 27 dəfə çoxdur. Qeyd olunur ki, növbəti belə yaxınlaşma 2093-cü ildə baş verəcək.

NASA-da “Faetonu” “potensial təhlükəli” səma cismləri kateqoriyasına aid edirlər. Əgər toqquşma baş versə, Yer kürəsinə ciddi ziyan dəyəcək. Günəş ətrafında fırlanan asteroid dörd planetin orbitindən keçir – Merkuridən Marsa qədər. Asteroidin mövcudluğu barədə 1983-cü ildə IRAS kosmik sputnikinin qeydə aldığı görüntülərdən sonra məlum olub.