Azərbaycanda inkişaf 2% artacaq

16 Dekabr 2017 14:39 (UTC+04:00)

"2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 - 4% arasında dəyişə bilər".

Bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".