Unai Emerinin evi soyulub

16 Dekabr 2017 09:47 (UTC+04:00)

PSJ-nin baş məşqçisi Unai Emerinin evi soyulub. SİA-nın məlumatına görə, cinayətkarlar təcrübəli mütəxəssisin evindən “Rolex” saatı, bilərzik, həyat yoldaşına məxsus 2 “Chanel” çantası oğurlayıblar. Ümumi zərər 20 min avro həcmində dəyərləndirilir.

Bundan başqa, Emerinin PSJ ilə müqaviləsinin nüsxəsi və transfer planının yer aldığı sənədlər, eləcə də Neymarın forması da oğurlanıb. Polis artıq axtarışlara başlayıb.

Qeyd edək ki, oğurluq zamanı Emerinin komandası kubok matçı çərçivəsində səfərdə “Straburq”un (4:2) qonağı olub.