Yaqo Aspas La Liqada ayın ən yaxşı futbolçusu seçilib

16 Dekabr 2017 09:26 (UTC+04:00)

İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusunun adı məlum olub. SİA-nın məlumatına görə, “Selta”nın hücumçusu Yaqo Aspas ötən ayın ən yaxşısı seçilib.

30 yaşlı forvard Adnan Yanuzay (“Real Soseydad”) və Rodriqonu (“Valensiya”) qabaqlayıb.

Qeyd edək ki, Aspas ötən ay La Liqada meydana çıxdığı 3 oyunda 3 qol vurub. Ümumilikdə isə “Selta”nın forvardı 15 oyunda 9 dəfə fərqlənib.