Fələstində iki aksiya iştirakçısı ölüb

16 Dekabr 2017 06:29 (UTC+04:00)

Qəzza bölgəsində İsrail ordusu ilə fələstinlilər arasında baş verən qarşıdurma davam edir. Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Əşrəf əl-Kidranın jurnalistlərə verdiyi məlumata görə, bu gün qarşıdurma zamanı 2 nəfər ölüb, 263 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Əsgərlər aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edirlər.

Ölənlərin dəfn mərasimi də kütləvi çıxışlarla müşahidə edilib.