İndoneziya 6,8 ballıq silkələndi

16 Dekabr 2017 02:47 (UTC+04:00)

İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.