"ABŞ-ın bir yolu qaldı - hərb

16 Dekabr 2017 02:24 (UTC+04:00)

Əgər nəsə yolunda getməsə, ABŞ Şimali Koreya ilə bağlı məsələnin hərbi yolla həllinə hazırdır. RİA "Novosti" xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson deyib.

"Prezident (Donald Tramp) aydın şəkildə bildirib ki, əgər nəsə yolunda getməsə, biz hərbi cəhətdən buna hazır olacağıq. Bizim silahlı qüvvələrimiz də hazırdır", - deyə diplomat söyləyib.