Şirkət maaşları bitkoinlə verəcək

15 Dekabr 2017 20:13 (UTC+04:00)

Yaponiyada şirkət işçilərinin maaşlarını bitkoinlə ödəməyə hazırlaşır. GDO İnternet Qrup adlı şirkətin açıqlamasına görə, 2018-ci ilin mart ayından etibarən 4 min nəfər işçinin maaşının 100 min yenlik (təxminən 870 dollar) hissəsi kriptovalyuta ilə veriləcək.

O da məlum olub ki, kriptovlayuta ilə ödəmə işçilərlə razılaşdırılıb. Qeyd edək ki, bitkoinlə ödəniş ölkənin qanunlarına uyğundur.