Niyam Səlaminin Türkiyəyə getməsinin səbəbi bəlli oldu AÇIQLAMA

15 Dekabr 2017 13:02 (UTC+04:00)

Müğənni Niyam Səlami Türkiyəyə səfər edəcək. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Qardaş ölkəyə yola düşürəm. Belə ki, Türkiyədə şirkətlərin biri ilə müqavilə imzalamışam. Məkanların birində səhnəyə çıxacam. Amma bu o demək deyil ki, qardaş ölkənin şou-biznesinə qatılmaq istəyirəm. Məni Azərbaycanda sevib, tanısanlar bu mənə yetər".