Səfir: Azərbaycan və Qətər xüsusi əlaqələrə malikdir

15 Dekabr 2017 00:34 (UTC+04:00)

Azərbaycanla Qətər arasında bütün sahələrdə sürətlə inkişaf edən xüsusi münasibətlər mövcuddur. Trend-in məlumatına görə, bunu Qətərin Azərbaycandakı səfiri Yusib bin Həsən Əl-Sai ölkəsinin Milli Gününə həsr olunmuş mərasimdə deyib.

Səfir deyib: "Bu münasibətlər başa vurmaqda olduğumuz 2017-ci ildə də yaxşı inkişaf etdi. Bu il yanvarın 31-də İqtisadiyyat, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirildi"

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və investisiyanın təşviqi kimi sahələrdə saziş və anlaşma memorandumları imzalanıb.