Ərdoğanın Baş müşaviri istefa verib

14 Dekabr 2017 23:19 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Bülənt Gədikli vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında bildirib. “Bu, yeni qərar deyildi. Başda Rəcəb Tayyib Ərdoğan olmaqla bütün yol yoldaşlarıma uğurlar arzu edirəm”, - Gədikli bildirib.