Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub

14 Dekabr 2017 22:07 (UTC+04:00)

Afinada anarxistlər Səudiyyə Ərəbistanı səfirliyinə hücum ediblər. Yəmənin bombalanmasına etiraz olaraq səfirlik ərazisinə girən anarxistlər təhlükəsizlik kabinəsini sındırıblar. Hücum videoları və qrupun bəyanatı anarxist təşkilatlarının portalında yerləşdirilib. Hücumda ən azı 6 nəfərin iştirak etdiyi vurğulanıb.

Anarxist qrup Səudiyyə Ərəbistandakı kral ailəsi tərəfindən qurulan feodal qanunlara qarşı etiraz etdiyini, onları bütün Yaxın Şərqə yaymaq cəhdlərini tənqid etdiyini bəyan edib.