Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

14 Dekabr 2017 19:11 (UTC+04:00)

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 14-də axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.