UEFA Pro kursu: İki mövzuda məşğələlər - FOTOLAR

14 Dekabr 2017 17:01 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Bakıda UEFA-nın Pro kateqoriyalı məşçi kursunun 5-ci modulu keçirilir. SİA-nın məlumatına görə, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Sosial mediada ünsiyyət”, baş katib Elxan Məmmədov isə “Klub təmsilçiliyi və təşviqatı; klub menecmenti” mövzularında kurs iştirakçılarına mühazirə oxuyublar.

Pro kursunun 5-ci moduluna dekabrın 16-da yekun vurulacaq.