"Rusiya bütün ölkələrlə konstruktiv işləməyə çalışır"

14 Dekabr 2017 16:51 (UTC+04:00)

"Rusiya beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri üzrə bütün ölkələrlə konstruktiv işləməyə çalışır". SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Bizim siyasətimiz, bəzi ölkələrin siyasətindən fərqli olaraq, hələ də cari siyasi konyunkturadan məhrumdur. Lakin buna baxmayaraq, biz beynəlxalq təhlükəsizliyin ən aktual problemləri ilə konstruktiv işləməyə çalışırıq. Biz anlaşılmayan məsələlərə görə küsməməyə çalışırıq" - deyə, prezident qeyd edib.