Əlillərlə bağlı yeni qanun hazırlanır

14 Dekabr 2017 15:59 (UTC+04:00)

Azərbaycanda "Əlillərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblideyib.

Onun sözlərinə görə, həmin layihədə əvvəlki qanunlarda olan məqamlar saxlanılmaqla yanaşı, yeni mütərəqqi addımlar da var: "Düşünürəm ki, o layihə də MM-ə daxil olanda onun üzərində işləyib öz fikirlərimizi səsləndirə biləcəyik. Bu, bizim gözlədiyimiz layihədir".