Polis Akademiyasına hücum edilib

14 Dekabr 2017 14:23 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir neçə nəfər ölüb.

Məlumata görə, polis geyimində təhsil müəssisəsinə daxil olan intiharçı-terrorçu üzərindəki partlayıçı qurğunu işə salıb.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.