Azərbaycan vətəndaşı saxlanılıb

14 Dekabr 2017 14:19 (UTC+04:00)

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, idarənin Sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama zamanı daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.