Tovuzda 9 yaşlı uşağı it tutub

14 Dekabr 2017 11:51 (UTC+04:00)

Tovuz rayonunda 9 yaşlı uşağı it tutub.

SİA-nın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Abdıyev Nural Vüsal oğlu küçədə itin hücumuna məruz qalıb. Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.