İstanbulda bomba həyəcanı yaşanıb

14 Dekabr 2017 00:02 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Baxçalı evlər səmtində şübhəli avtomobil polisi hərəkətə keçirib. Axar.az xəbər verir ki, avtomobildə bomba olması ehtimalı nəzərə alınaraq Sapyorlar olay yerinə cəlb edilib. Araşdırma nəticəsində avtomobildə bomba aşkar edilib. Hadisə ilə bağlı 1 nəfər saxlanılıb.