Rusiya Tvitteri qadağan etməyə hazırlaşır

13 Dekabr 2017 21:36 (UTC+04:00)

Əgər Tvitter “Açıq Rusiya” hərəkatının hesabını silməsə, onun Rusiyadakı fəaliyyəti qadağan ediləcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Kommunikasiya və İnformasiya Texnologiyalarına Nəzarət Federal Xidməti yayıb.

Artıq Tvitter məsələ ilə bağlı “Açıq Rusiya” hərəkatına müraciət də ünvanlayıb. Təşkilat məktuba cavabında Moskvanın bu addımını söz azadlığına zərbə adlandırıb. Qeyd edək ki, “Açıq Rusiya” hərəkatı rusiyalı müxalif Mixail Xodorkovski tərəfindən yaradılıb.