Messidən etiraf: "Həmin məğlubiyyəti unuda bilmirəm"

13 Dekabr 2017 21:15 (UTC+04:00)

"Həmin məğlubiyyəti unuda bilmirəm. Heç bunu unudacağıma inanmıram da. O məğlubiyyət ömrümün sonuna qədər yaddaşımda qalacaq". Qol.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi deyib.

"Barselona"nın hücumçusu 2014-cü ildə keçirilən dünya çempionatının finalında Almaniyaya uduzduqları oyunu (0:1) bir daha xatırlayıb: "Həmin mundial bir tərəfdən müsbət məqamları xatırladırsa, digər tərəfdən isə həmin oyunun bizim üçün necə nəticələndiyini xatırlayanda, kədərlənirəm. Yəqin ki, elə bütün ömrüm boyu belə ikili hisslər mənimlə olacaq”.