Rauf Əliyevdən növbəti qol

13 Dekabr 2017 19:19 (UTC+04:00)

Albaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Qol.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi "Kukesi" öz meydanında "Erzeni" ilə qarşılaşıb. Oyun "Kukesi"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Rauf Əliyev matçın 54-cü dəqiqəsində komandasının 4-cü qolunu vurub. Qeyd edək ki, ilk oyunda 4:1 hesabı ilə qalib gələn "Kukesi" növbəti mərhələyə yüksəlib.