İstanbulda İƏT-in fövqəladə Zirvə toplantısı keçirilir VİDEO

13 Dekabr 2017 12:22 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Qüds məsələsinə dair Zirvə toplantısında iştirak edir

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edir.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Əvvəlcə birgə foto çəkdirilib.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.