Dmitri Nazarov "Aue"nin ən yaxşı oyunçusu seçilib

13 Dekabr 2017 11:04 (UTC+04:00)

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Aue” klubunda bu ilin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, 1400 azarkeş arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, D.Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.