“Mançester Siti” ciddi itki ilə üzləşib

12 Dekabr 2017 23:21 (UTC+04:00)
“Mançester Siti” ciddi itki ilə üzləşib. Klubun saytında yerləşdirilən xəbərə görə, komandanın kapitanı Vensan Kompani zədələnib. “Mançester Yunayted”lə oyunda zədə alan belçikalı yarımmüdafiəçi növbəti turda “Suonsi” ilə keçiriləcək matçı buraxacaq. Qeyd edək ki, “Suonsi” – “Mançester Siti” oyunu dekabrın 13-də keçiriləcək.