Elşad Əhmədov: Səfər çox faydalı oldu" - AÇIQLAMA

12 Dekabr 2017 17:11 (UTC+04:00)

"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Makedoniyanın "Vardar” klubunun düşərgəsində olub. SİA-nın məlumatına görə, PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsində iştirak edən təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını bildirib: "Sağ olsunlar, "Neftçi” rəhbərliyi səfər üçün hər cür şərait yaratmışdı. Bu ilin avqustunda bir həftə müddətində Moskva "Lokomotiv”inin düşərgəsinə göndərmişdilər. Bu dəfə isə 4 gün Makedoniyada oldum. "Vardar” klubunun idman direktoru, dünyaşöhrətli veteran futbolçu Darko Pançev və akademiyanın koordinatoru Boban Babunski ilə görüşdüm. Akademiyanın məşqçiləri və strukturu ilə tanış oldum. Məşqləri, oyunları izlədim. Yaxşı tərəfdən təəccübləndim. "Vardar” Makedoniyanın ən tanınmış klubu və o ölkənin ən yaxşı akademiyalarından biridir. Hesab edirəm ki, səfər çox faydalı oldu”.