Leyla Əliyeva və Azər Əliyev Ulu Öndərin abidəsini ziyarət etdi FOTO

12 Dekabr 2017 11:11 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tbilisidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış Ulu Öndər abidəsini ziyarət edib.

SİA-nın məlumatına görə, Leyla Əliyeva Heydər Əliyevin digər nəvəsi - Sevil Əliyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevlə birlikdə babasının ildönümünü yad edib.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il ötür. 12 dekabr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günüdür.