Polis həmkarlarını güllələdi

10 Dekabr 2017 16:31 (UTC+04:00)

Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb. Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.