Yanğın nəticəsində 8 nəfər öldü

10 Dekabr 2017 15:07 (UTC+04:00)

Çinin Quandun vilayətindəki Xayfen qəsəbəsində baş verən yanğında ən azı 8 nəfər ölüb. SİA-nın xəbərinə görə, bir nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb. Xəsarət alanlardan 6-sının həyatını həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Hazırda faktla əlaqədar təhqiqat aparılır.